Bank Of Baku

Bernar Fasie: “Hazırda əsas vəzifəmiz hər iki tərəfin təkliflərini nəzərə alaraq baza prinsipləri üzərində işi başa çatdırmaqdır”

Bernar Fasie: “Hazırda əsas vəzifəmiz hər iki tərəfin təkliflərini nəzərə alaraq baza prinsipləri üzərində işi başa çatdırmaqdır”
# 12 iyun 2008 13:11 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie deyib. O bildirib ki, həmsədrlər məhz bu məqsədlə bölgəyə növbəti səfər edəcəklər: “Yaxın günlərdə səfərimizin vaxtı dəqiqləşəcək. Biz həm Bakıda, həm də İrəvanda olmaq istəyirik, amma bunun alınıb-alınmayacağına əmin deyilik. Hər şey xarici işlər nazirlərinin və prezidentlərin iş qrafikindən asılıdır”. Ermənistanın yeni rəhbərliyinin mövqeyində hansısa yeni məqamların olub-olmadığına dair sualı cavablandıran B. Fasie qeyd edib ki, bunu tam aydınlaşdırmaq üçün İrəvana getməyə ehtiyac var: ”Hazırda həmsədrlərin əsas vəzifəsi hər iki tərəfin təkliflərini nəzərə alaraq baza prinsipləri üzərində işi başa çatdırmaqdır”. B. Fasie danışıqlarda bəzi yeni məqamların olduğunu desə də, əlavə açıqlama verməyib. Onun sözlərinə görə, həmsədrlərin öz işini başa çatdırması üçün o qədər də çox vaxt lazım deyil: “İndiki vəziyyətdə məqsədimiz bəllidir - biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, dövlət başçılarının yeni görüşlərini təşkil edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR