Allahşükür Paşazadəyə yeni müavin təyin edilib

Allahşükür Paşazadəyə yeni müavin təyin edilib
# 22 may 2025 11:45 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri var, amma bizim yeni sədr müavininə də ehtiyacımız var.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

QMİ sədri yeni sədr müavini vəzifəsinə Ceyhun Rüstəmovun təyin olunmasını təklif edib.

Bundan başqa Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bugünkü iclasın mövzusu ilə bağlı QMİ-nin əsasnaməsinə də dəyişiklik edilməlidir: “Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR