Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb
# 11 mart 2024 00:00 (UTC +04:00)

Bu gün Azərbaycanda Ramazan ayı başlayıb.

APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında bildirilib ki, martın 11-i Ramazan ayının ilk günüdür.

Qeyd edək ki, Qədr (Əhya) gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR