“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib

“Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib
# 11 yanvar 2024 12:13 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər şəxsləri, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan konfransda çıxışçılar ölkəmizdə dövlət-din münasibətləri, eləcə də ayrı-ayrı dini icmaların bir-birlərinə qarşı münasibəti məsələsi geniş müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dini icmaların nümayəndələrinə müraciət edib.

"Ölkəmizdəki dini azlıqlara sual verirəm: Azərbaycan tarixində indiyə qədər dini azlıqlara bu cür azadlıq verilib? Şərait yaradılıb? Azadlıq anarxiya demək deyil. Buna gətirib çıxarmamalıdır".

Daha sonra Səyavuş Heydərov, eləcə də digər çıxışçılar ABŞ Dövlət Departamentində Azərbaycanda dini mövzu ilə bağlı hazırlanmış hesabatın qərəzli və əsassız olduğuna diqqət çəkiblər.

Konfrans ümumi müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR