QMİ: Qərbdə şiə ilə sünnünü bir-birinə düşmən ediblər

QMİ: Qərbdə şiə ilə sünnünü bir-birinə düşmən ediblər
# 15 noyabr 2023 11:44 (UTC +04:00)

Bir körpəni öldürmək bütün bəşəriyyəti öldürmək deməkdir. Amma bu gün dünyada nə qədər körpə ölümlərini görürük, şahid oluruq.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

"Qərbdə şiə ilə sünnünü bir-birinə düşmən ediblər, qırdırıblar. Amma bizdə heç vaxt belə olmayıb. Bir dinin nümayəndəsi digərinə düşmən münasibət bəsləməyib. Hətta dini inancı olmayan, Allaha inanmayanlara belə düşmən münasibət olmayıb", - Fuad Nurullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR