Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək.
APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rifah və tərəqqisinə yeni töhfələr verir.