Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

Şahin Mustafayev Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
# 25 sentyabr 2013 17:09 (UTC +04:00)

Bakı – APA. İqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 25-də Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabriyelseni qəbul edib.

APA-nın məlumatına görə, görüşdə yeni təyin olunmuş səfirə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verilib, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR