SOCAR Supsa limanından xam neftin ixracını 33% azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını 33% azaldıb
# 01 oktyabr 2015 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin sentyabr ayında Supsa limanından 169 479 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 33,23% azdır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Supsa limanından 2 033 539 ton xam neft ixrac edilib. Bu, ötən ilin səkkiz ayı ilə müqayisədə 10,93% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR