Rövnəq Abdullayev: “Türkiyədəki neft emalı zavodunun tikintisində heç bir problem yoxdur”

Rövnəq Abdullayev: “Türkiyədəki neft emalı zavodunun tikintisində heç bir problem yoxdur”
# 12 aprel 2014 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda inşa etdirdiyi “Star” neft emalı zavodunun tikintisində artıq torpaq işləri yekunlaşıb. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, neft emalı zavodunun tikintisində heç bir problem yoxdur: “Artıq bütün kommersiya bankları ilə danışıqlar başa çatıb. Düşünürük ki, aprel ayının sonunda Türkiyədə böyük bir maliyyə qapanışı tədbiri keçirəcəyik. Bütün ixrac banklarının iştirakı ilə sonuncu, final maliyyəsini qapadıb, işləri davam etdirəcəyik”.


R. Abdullayev qeyd edib ki, “Star” neft emalı zavodunun tikintisində heç bir problem görmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR