“Parabank” 13 mln. həcmində istiqrazlarının yerləşdirilməsinə başlayıb

“Parabank” 13 mln. həcmində istiqrazlarının yerləşdirilməsinə başlayıb
# 28 aprel 2014 07:15 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Bu gün “Bakı Fond Birjası” QSC-də “Parabank” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılıb.

“Bakı Fond Birjası”ndan “APA-Economics”ə verilən məlumata gör, emissiyanın həcmi 13 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 13 min ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manatdır. İstiqrazların tədavül müddəti 7 il, istiqraz üzrə gəlirlilik isə 15 % təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Unicapital” MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR