İqbal Ağazadə özünə yeni müavinlər təyin edib

İqbal Ağazadə özünə yeni müavinlər təyin edib
# 10 iyun 2014 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Ümid Partiyasının sədri İqbal Ağazadə bir neçə sərəncam imzalayıb.

Partiyadan APA-ya verilən məlumata görə, sərəncama əsasən Taleh Əliyev İcra Aparatının rəhbəri, Hacı Bakir Həsənbəyli Təşkilat məsələləri üzrə sədr müavini, Rüfət Muradlı İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini, Razi Abasbəyli Büdcə və iqtisadi məsələlər üzrə sədr müavini, Səməd Hətəmov Sosial və humanitar məsələlər üzrə sədr müavini, Elman Abbasov isə İnformasiya və mətbuat məsələləri üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, İ.Ağazadə ötən həftə 6 müavininin istefaya göndərilməsi haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR