Bakıda avtomobildə tüstülənmə olub

Bakıda avtomobildə tüstülənmə olub
# 15 mart 2014 13:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bakının Rəşid Behbudov küçəsində avtomobildə tüstülənmə baş verib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, “Mercedes” markalı maşında tüstülənmə müşahidə olunub. İdarədən bildiriblər ki, hadisə yerinə yanğın söndürən maşınlar gedib.

Maşının kimə məxsus olduğu və tüstülənmənin səbəbi ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR