Azərbaycanlı iş adamları İstanbulda keçirilən sərgiyə dəvət olunub

Azərbaycanlı iş adamları İstanbulda keçirilən sərgiyə dəvət olunub
# 08 aprel 2014 11:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanlı sahibkarlar Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) XV Beynəlxalq Sərgisi və XVIII Beynəlxalq İş Forumu Konqresində iştirak etmək üçün dəvət alıblar.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən tədbirlər 25-30 noyabrda İstanbul şəhərində baş tutacaq.

Sərgidə təqribən 100 ölkədən 6 minə yaxın iş adamının iştirakı gözlənilir. Tədbirdə iştirak etməkdə maraqlı olan azərbaycanlı sahibkarlar və iş adamları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR