Azərbaycan filmi ABŞ-ın qısametrajlı film festivalının müsabiqə proqramına daxil olub

Azərbaycan filmi ABŞ-ın qısametrajlı film festivalının müsabiqə proqramına daxil olub
# 10 iyun 2014 16:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmi ABŞ-ın qısametrajlı film festivallarından olan «Palm Springs International ShortFest»in müsabiqə proqramına daxil olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən qısametrajlı film 2013-cü ildə «FIL PRODUCTION» və «Cinex Azerbaijan Film & Digital production» istehsalı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş "Üç tarix" adlı film layihəsi çərçivəsində çəkilib. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Adıçəkilən layihənin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaqdan, onlara özünüifadə imkanı yaratmaqdan, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR