Ədəbiyyatşünas alim Fəridə Vəzirovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Ədəbiyyatşünas alim Fəridə Vəzirovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2014 12:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda görkəmli ədəbiyyatşünas alim Fəridə Vəzirovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, F.Vəzirovanın yaradıcılığı ilə yeni tanış olsa da, ədəbiyyatşünas alimin yaradıcılıq axtarışlarının təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmadığının şahidi olub: "Eyni zamanda Fəridə xanım bir sıra dərsliklərin, o cümlədən “Qədim rus ədəbiyyatı”, “XVIII əsrdə rus ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları” dərsliklərinin həmmüəllifidir".

Daha sonra çıxış edən professor Almaz Əliqızı isə qeyd edib ki, Fəridə xanımın 100-dən artıq elmi məqalənin, bir neçə monoqrafiyanın müəllifi olması onun ədəbiyyatşünaslıq elminə dərin bağlılığının əyani sübutudur: "Fəridə müəllimə elmi rəhbəri olduğu tələbələrdən diqqət və qayğısını heç zaman əsirgəmirdi. O, BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında bir sıra aspirant və dissertantların elmi rəhbəri olub, neçə-neçə namizədlik və doktorluq dissertasiyasının müdafiəçilərinə rəsmi opponentlik edib".

Fəridə Vəzirovanın yalnız tədqiqatçı-alim, pedaqoq olmadığını deyən professor İfrat Əliyeva da onunla bağlı ətraflı məlumat verib, xatirələrini bölüşüb: "O, ensiklopedik biliyə malik idi. Fəridə müəllimə ictimai fəaliyyəti hər zaman ümumi işinin, həyatının bir parçası sayırdı. Tələbələrinin həyatı, problemləri ilə daim yaxından maraqlanır, onların mümkün qədər daha çox diqqət və qayğı ilə əhatə olunmalarına çalışırdı. O, tələbələrin yaşadığı yataqxanalara gedir, onların həyat şəraiti ilə tanış olur, çatışmazlıqların aradan qaldırılmasında analıq qayğısı göstərirdi".

Daha sonra F.Vəzirovanın həyat və yaradıcılığı haqqında fotoslayd nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR