Türkiyə müdafiə sənayesi katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək

Türkiyə müdafiə sənayesi katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək
# 19 fevral 2014 08:21 (UTC +04:00)

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

Mart ayının əvvəlinə planlaşdırılan səfər iki gün nəzərdə tutulur.

M. Bayarın başçılıq etdiyi nümayəndə heyətində Türkiyə müdafiə sənayesində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri təmsil olunacaqlar. Səfər çərçivəsində M. Bayar Azərbaycanın Müdafiə, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarında, həmçinin Nazirlər Kabinetində görüşlər keçirəcək.

Türkiyə heyətində təmsil olunan firmalar tərəfindən müxtəlif layihələr barədə Azərbaycan tərəfi məlumatlandırılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR