Azərbaycan prezidenti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan prezidenti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşını təltif edib
# 04 sentyabr 2013 16:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə əlaqədar, ölkədə qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə bir qrup şəxsi təltif edib. APA-nın məlumatına görə, prezidentin imzaladığı sərəncama əsasən, Babayev Kamran İmran oğlu, Əkbərova Şölə Mürşüd qızı və Xudaverdiyev Ağahüseyn Kamal oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Əliyev Comərd Rasim oğlu, Əzizov Fariz Nazim oğlu, Muradov Əmin Kamran oğlu və Muradov İlqar Nazim oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR