İranın şərqində vəba xəstəliyi tüğyan edir

İranın şərqində vəba xəstəliyi tüğyan edir
# 05 sentyabr 2013 11:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın şərqində vəba xəstəliyi tüğyan edir. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran Səhiyyə Nazirliyinin Xəstəliklərin İdarəsi Mərkəzinin rəhbəri Məhəmmədmehdi Quya bildirib ki, hazırda 64 nəfər vəbaya yoluxub.

Onun sözlərinə görə, vəba xəstəliyi Əfqanıstandan ölkə ərazisinə daxil olub və əsasən də İrana qeyri-qanuni mühacirət etmiş şəxslər arasında yayılıb: “Hələlik heç bir İran vətəndaşı bu xəstəliyə yoluxmayıb”.

M.Quya deyib ki, vəba epidemiyası İranın iki vilayətində - Sistan və Bəlucistan və Kirmanda nəzərə çarpır: “Hazırda polislər və şəhər icra başçıları ilə birlikdə işləyir, problemi nəzarət altında saxlayırıq. Vəba xəstəliyinə yoluxmuş bir nəfər tibb mərkəzinə gec çatdırıldığından ölüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR