“Albalı” şoppinq festivalına daha bir şirkət qatılıb

“Albalı” şoppinq festivalına daha bir şirkət qatılıb
# 29 may 2014 13:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Məhşur “Novco” şirkətlər qrupunun mağazaları da “Albalı” şoppinq festivalına qatılıb.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, festival boyu “Albalı Plus” (“Albalı”) istifadəçiləri yalnız “Park Bulvar”, “28 Mall” və “Metropark” Ticarət Mərkəzlərində yerləşən möhtəşəm brendlər olan “Benetton”, “Sisley”, “Accessorize”, “Nine West”, “Coast”, “Bebe”, “Pablosky”, “Nike”, “Six”, “Adidas”, “Lui Jo”, “Coccinelle” kimi dəbli geyim mağazalarından istədikləri geyimi alıb, dəyərini 3 ay müddətinə ödəyə biləcəklər. Bir ay taksit isə “Unibank”dan hədiyyə olunur.

“Albalı Plus”la 1 aylıq möhtəşəm şoppinq festivalı davam edir. Ölkənin ən öndə gedən, brend mağazaların yerləşdiyi ticarət mərkəzlərində (“28 Mall”, “MetroPark”, “Park Bulvar” və “AuraPark” (Gəncə ş.) mayın 15-dən iyunun 15-dək “Albalı Plus” (“Albalı”) alış-veriş edən faizsiz əlavə 1 taksit qazanacaq. Festival boyu etdiyiniz hər alış-veriş, 10 000 manatlıq uduş fondu olan lotereyada iştirak etmək və qalib olmaq şansı qazandıracaq. Hər 10 manatlıq alış-veriş bir şans (seçilmiş TM-lərdə 2 şans) sayılır.

“Albalı Plus” şoppinq festivalına qatılan hər kəsi, onlarla sevimli brend mağazalarından xüsusi hədiyyələr və endirimlər gözləyir. Festival müddəti ərzində - 15 iyunadəkdir. “Qoşul! Fərqlən! Faydalan!” platformasına yeni qoşulan “Albalı Plus” (“Albalı”) kart istifadəçilərinə 200 bal hədiyyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR