“Unibank”ın ödəniş terminallarından istifadəsi daha da asanlaşıb

“Unibank”ın ödəniş terminallarından istifadəsi daha da asanlaşıb
# 13 avqust 2013 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan “Unibank” ASC müştəriləri üçün xidmət imkanlarını artırmaqda davam edir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq yeni proqram təminatı ilə təhciz olunan bankın “Cash-in” terminalları müştərilərin istifadəsi üçün daha rahat və geniş xidmət imkanlı olub.

“Cash-in”lərdə tətbiq olunan proqram təminatının yeni versiyası əlavə xidmət imkanları yaratmaqla yanaşı, mövcud xidmətləri daha da sadələşdirib. Depozit, kredit, plastik kart, cari hesab və digər bank xidmətləri “Bank xidmətləri” bölümündə ümumiləşdirələrək, müştərilər üçün daha asan edilib.

“Şəxsi kabinet”ə daxil olan müştəri “Unibank”dakı depozit hesabları, kredit ödənişləri haqda bütün məlumatları öyrənə bilir. Müştəri “Yığım” depozit hesabına vəsait qoymaqla yanaşı, artıq cari hesabına və kart hesabına da vəsait yatırmaq imkanı qazanır, kredit-depozit tarixcəsi haqda bütün məlumatları öyrənə biləcək. “Cash-in”lərdən “Unibank”a kredit sifarişi də mümkündür. Proqram teminatinin yeni versiyası müştəriyə “Uniforex” hesabına pul köçürməyi mümkün edib.

Hazırda “Unibank”ın paytaxda və bölgələrdə quraşdırılan 70-ə yaxın “Cash-in” aparatı fəaliyyət göstərir ki, bu aparatların xidmətindən günün 24 saatı ərzində istifadə etmək mümkündür.

“Unibank” öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. Bankın 30-dan artıq filialı həftənin 6 günü səhər saat 9:00-dan 18:00-dək açıqdır. Filiallar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR