Azərbaycanda hərbçiləri daşıyan daha bir avtomobil qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Azərbaycanda hərbçiləri daşıyan daha bir avtomobil qəzaya uğrayıb, 10 nəfər yaralanıb
# 18 may 2013 16:11 (UTC +04:00)

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Daxili Qoşunların (DQ) əsgərlərini Dövlət Bayrağı Meydanına andiçmə mərasiminə aparan avtomobil qəzaya düşüb. Nəticədə əsgərlər Orxan Ələkbərov, Səddam Səmədov, Toğrul Əlizadə, Həsən Məmmədov, Sadiq Hümbətov, Əli Əlizadə, Nurməmməd Cabbarlı, Kamran Musazadə, o cümlədən kursantlar Elmar Məmmədov və Nurlan Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə DQ-nın Mərkəzi Hospitalına yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.

DQ-ın Mərkəzi Hospitalından APA-ya bildirilib ki, avtomobildə qəzaya uğrayan hərbçilərin vəziyyəti stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR