Məhbus oğruluğa cəhd edərkən yaxalanıb

Məhbus oğruluğa cəhd edərkən yaxalanıb
# 30 mart 2014 16:07 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Məntəqətipli cəzaçəkmə müəssəsində cəza çəkən şəxs oğruluğa cəhd edən zaman hadisə yerində həbs edilib.

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala şəhəri, Faiq Əmirov küçəsi ev 20 ünvandakı evdən oğruluq edilməsi barədə polisə məlumat verilib.

Zaqatala RPŞ-nin post patrul xidmətinin əməkdaşları evdən oğruluğa cəhd edən şəxsi elə iş başında həbs ediblər.

Araşdırma zamanı məlum olub ki, oğruluğa cəhd edən şəxs, 1986-cı il təvəllüdlü, Zaqatala şəhər sakini Kənan Elxan oğlu Nağıyevdi. Zaqatala RPŞ-dən APA-ya bildirilib ki, Kənan Nağıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib, hazırda Goranboy rayonunda fəaliyyət göstərən məntəqətipli cəzaçəkmə məntəqəsində şərti cəza çəkir.

Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, Kənan Nağıyevin rayonda baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR