Rəsmi Dəməşq Rusiya və ABŞ arasında Suriya üzrə əldə olunmuş razılaşmaları alqışlayır

Rəsmi Dəməşq Rusiya və ABŞ arasında Suriya üzrə əldə olunmuş razılaşmaları alqışlayır
# 09 may 2013 19:02 (UTC +04:00)

Bakı-APA. Rəsmi Dəməşq Rusiya və ABŞ-ın Suriya ilə bağlı mövqelərinin yaxınlaşmasını əldə alqışlayır. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət telekanalı məlumat yayıb.

“Suriya XİN Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşmasını alqışlayır və Rusiyanın BMT-nin əsasnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinin dəyişməyəcəyinə inanır”, deyə Suriya XİN bəyanatında qeyd olunur.

“Amerikaya etimad onun Suriyada zorakılığa və terrorçuluğa son qoymağa çalışan müttəfiqlərinə göstərdiyi səylərinin ciddiliyinə əsaslanır”, deyə XİN bəyanatında qeyd olunur.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 7-də bəyan edib ki, Rusiya və ABŞ Suriya müxalifəti və hakimiyyətini danışıqlar masasına əyləşdirmək üçün bütün imkanlardan istifadə etmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR