Qaradağda baş verən yol qəzasında sürücü ölüb - FOTO - VİDEO

Qaradağda baş verən yol qəzasında sürücü ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 06:57 (UTC +04:00)

Bakı. Fərahim Qasımov – APA. Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının 15-ci kilometrliyində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Sürücünün üzərində sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hadisə yerinə gələn Qaradağ rayon yol polisi inspektorlarının verdiyi məlumata görə, avtomobil Kürdəmir rayon Şor-Şor kəndi ərazisində qeydiyyatda olan Səfərov Zeynal Səfər oğluna məxsusdur. Lakin avtomobili idarə edənin həmin şəxs olduğu hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR