Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası istifadəyə verilib - FOTOSESSİYA

Nizami rayonunda uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2013 17:57 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak edib.

Mənzillərlə tanışlıq zamanı Mehriban Əliyevaya məlumat verilərək bildirildi ki, valideyn himayəsindən məhrum bir qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə məktəblərində təhsil alaraq müxtəlif peşələrə yiyələnib. Bildirilib ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil var. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib. Binanın həyətyanı ərazisi yaşıllaşdırılıb, uşaq oyun meydançaları qurulub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət edib. Mehriban Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlanıb. Bildirib ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaq.

Yeni mənzillərin sahibləri də diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR