Dağlıq Qarabağda erməni podpolkovnik həlak olub

Dağlıq Qarabağda erməni podpolkovnik həlak olub
# 26 may 2014 16:02 (UTC +04:00)

APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, separatçıların “Müdafiə Nazirliyi” təmas xəttinin cənub istiqamətində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində podpolkovnik Qarik Balayanın həlak olduğu haqda xəbər yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə APA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi atəşkəsi pozmur: “Atəşkəs rejimi hər dəfə düşmən tərəfindən pozulur və onlara cavab atəşi açılır. Deyilən fakta bizim aidiyyətimiz yoxdur. Bu, onların öz daxillərində olan problemlərdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR