II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Makedoniya prezidenti ilə müzakirə olunub - FOTO

II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Makedoniya prezidenti ilə müzakirə olunub - <span style="color: red;">FOTO
# 14 fevral 2014 07:44 (UTC +04:00)

Bakı - APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü əsasında keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi ilə bağlı Makedoniyanın paytaxtı Skopya şəhərində müzakirələr aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Makedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsini qəbul edərək ətraflı fikir mübadiləsi aparıb.

Prezident George İvanov Azərbaycanla inkişaf edən əməkdaşlığın Makedoniya üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakıda dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir mərkəzin yaradılması və burada bu qədər nüfuzlu şəxsiyyətlərinin toplanaraq şərqlə qərb arasında itirilmiş sivilizasiyalararası dialoqun, körpünün qurulmasını təmin etməsi təqdirəlayiqdir. Müzakirələr zamanı Nizami Gəncəvinin bəşəri dəyərlərinə söykənən ideyalar əsasında yaranmış mərkəzin fəaliyyətinin Makedoniyada da aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər 2014-cü il ərzində Skopyada bir sıra tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Makedoniya prezidenti II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak üçün dəvəti, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Balkan, Yaxın Şərq və Cənubi Qafqazdan başlayan mədəni əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığın qurulmasını müsbət qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR