Xaçmaz rayonunda yanğın olub

Xaçmaz rayonunda yanğın olub
# 04 sentyabr 2013 23:19 (UTC +04:00)

Bakı-APA. Xaçmaz rayonu ərazisində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Seyidli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 18 ha quru ot sahəsi yanıb. Yaxınlıqdakı meşə zolağı və ferma yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Kürdəmir rayonunda olub. Rayon mərkəzindən 10 km aralıda yerləşən Atakişili kəndində yol kənarında 8 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR