Tiflisdə Milli Şura üzvləri ilə Rüstəm İbrahimbəyovun görüşü Andrey Nersesyana məxsus “Vera Palace” otelində keçiriləcək - FOTOSESSİYA - YENİLƏNİB

Tiflisdə Milli Şura üzvləri ilə Rüstəm İbrahimbəyovun görüşü Andrey Nersesyana məxsus “Vera Palace” otelində keçiriləcək - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2013 14:24 (UTC +04:00)

Tiflis-APA. Tiflisin mərkəzində yerləşən “Vera Palace” otelində Milli Şurada təmsil olunan bir sıra müxalifət partiyaları rəhbərlərinin və funksionerlərinin Rüstəm İbrahimbəyovla görüşünə hazırlıq gedir. Bakı vaxtı ilə 18.30-da başlayacaq görüşdə Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və başqaları iştirak edəcəklər.

APA-nın əldə etdiyi məlumata görə, “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR