Bakı-APA. Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımının 22-ci ildönümünә hәsr edilmiş etiraz aksiyası keçirilib. Üç gün davam edən aksiya Edinburqda tәhsil alan tәlәbәlәrin tәşәbbüsü vә Azәrbaycanın Böyük Britaniyadakı Sәfirliyinin dәstәyi ilә baş tutub.
APA-nın məlumatına görə, hər gün təxminən beş saat davam edən aksiyada "Xocalıya әdalәt" şüarı altında yazılmıs plakatlar, Xocalı qәtliamı ilә bağlı dünya mәtbuatında yayımlanmış mәqalәlәr, hadisәni әks etdirәn fotoşәkillәr vә müxtәlif nәşrlәr nümayiş olunub.
Hәmçinin, Edinburqda tәhsil alan tәlәbәlәrimiz tәrәfindәn ictimaiyyәt arasında Xocalı faciәsini әks etdirәn beş mindən artıq mәlumatlandırıcı buklet paylanılıb. Bundan әlavә, yerli әhaliyә Dağlıq Qarabağ münaqişәsi vә xüsusilә Xocalı faciәsi ilә bağlı dolğun mәlumatlar verilib.
Azərbaycanlı tələbələr Edinburqda Xocalı soyqırımı ilə bağlı üç gün aksiya keçirib
04 mart 2014 06:54 (UTC +04:00)
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024