2003-cü il 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin başlama vaxtı açıqlanıb

2003-cü il 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin başlama vaxtı açıqlanıb
# 03 mart 2014 11:41 (UTC +04:00)

APA-nın məlumatına görə, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə hazırlıq iclası martın 17-nə təyin edilib.

Xatırladaq ki, 2003-cü il oktyabrın 16-da Bakıda keçirilən aksiyada polislə mitinq iştirakçıları arasında baş verən qarşıdurma ilə əlaqədar həbs edilənlər sonradan Avropa Məhkəməsinə müraciət ediblər.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri 2005-ci ilin martında əfv olunublar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Avropa Məhkəməsi onların xeyrinə qərar çıxarıb.

24 yanvar 2014-cü il tarixində Ali Məhkəmənin plenumunda həmin şəxslərin barəsində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara baxılıb. Ali Məhkəmə “16 oktyabr” məhkumlarının barəsindəki bütün məhkəmə qərarlarını ləğv edib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR