Azyaşlı qohumunun qətlində təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

Azyaşlı qohumunun qətlində təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 09 yanvar 2014 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində azyaşlı qohumunu tamah məqsədilə oğurlayıb qətlə yetirməkdə təqsirləndirilən Mənsur Zülfüqarovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, ötən il fevralın 15-də Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmurad Pirmuradov məktəbə gedərkən qohumu Mansur Zülfüqarov tərəfindən oğurlanıb. O, Pirmurad Pirmuradovu şəhərə gəzməyə aparmaq adı ilə aldadıb və Xətai rayonuna aparıb. Həmin gün axşam atası İlqar Pirmuradova zəng edib və oğlunun azad olunması müqabilində ondan 30 min manat pul tələb edib. İfşa olunmasından ehtiyat edən Mansur Pirmurad Pirmuradovu “20 Yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb və orada iplə boğub. Sonra törətdiyi cinayəti gizlətmək üçün meyiti Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Zülfüqarov ömürlük olaraq azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR