İspaniyalı mütəxəssis: “Azərbaycan ürək-damar cərrahiyyəsi sahəsində qazandığı uğurlara görə regionun əsas mərkəzinə çevrilib”

İspaniyalı mütəxəssis: “Azərbaycan ürək-damar cərrahiyyəsi sahəsində qazandığı uğurlara görə regionun əsas mərkəzinə çevrilib”
# 16 may 2013 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan səhiyyə, xüsusilə ürək-damar cərrahiyyəsi sahəsində qazandığı uğurlara görə regionun əsas mərkəzinə çevrilib. APA-nın xəbərinə görə, İspaniyanın Barselona Universitetinin professoru Karlos Mestres “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi ilə əlaqədar keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan hazırda regionda bu sahə üzrə hər kəsin tanıdığı, bəzi məsələlərdə faydalanmağa çalışdığı bir mərkəz rolunu oynayır: “Bundan öncə də ölkənizdə olmuşam. Hər dəfə Azərbaycana gələndə burada sürətli inkişafın şahidi oluram. Azərbaycanla Qərbi Avropa ölkələri arasında heç bir fərq görmürəm. Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində də edilən əməliyyatlar, süni ürək köçürülməsinin icra olunması göstərir ki, ölkəniz bu gün inkişaf edib və Avropa ölkələrindən fərqlənmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR