Tiflsdə “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib

Tiflsdə “Mədəniyyətlərin tanıdılması” festivalı keçirilib
# 23 may 2014 20:02 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov məlumat verib.

Məlumata görə, festivalda özündə Azərbaycanı əks etdirən “Azərbaycan guşəsi” adlı 13 stend təşkil edilib. Stendlər tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdə Azərbaycanın musiqi alətləri, xalçalarımız, mətbəximizdə bişirilən xörək nümunələri, Azərbaycanın gəzməli və görməli yerlərini özündə əks etdirən, o cümlədən Şəkidəki Xan Sarayı, Qarabağın əsrarəngiz təbiəti, qədim Şuşa qalası, Bakının tarixi yerləri rəssamlarımızın müxtəlif bölgələrdən çəkdiyi rəsm əsərləri stendlərdə nümayiş etdirilib.

Tədbirdə Azərbaycan musiqi nömrələri və beş folklor rəqsi nümayiş olunub.

APA-nın məlumatına görə. Qara Dəniz Beynəlxalq Universitetində azərbaycanlı tələbələr və 13 dövləti təmsil edən tələbələr təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR