Bakı şəhər sakini intihara cəhd edib

Bakı şəhər sakini intihara cəhd edib
# 01 iyul 2013 20:25 (UTC +04:00)

Bakı-APA. Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər intihara cəhd edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs intihara cəhd məqsədi ilə üçmərtəbəli binanın damına çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intihara cəhdin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR