Azərbaycandakı bütün dini konfessiyaların təmsilçiləri prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib - FOTOSESSİYA

Azərbaycandakı bütün dini konfessiyaların təmsilçiləri prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 sentyabr 2013 10:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, din dövlətdən ayrı olmasına baxmayaraq, əsl dindarlar Vətəndən ayrı olmamalıdırlar: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dindarlar əsl dindar həyatı yaşamağa başlayıb. Heydər Əliyev İslam dininin mahiyyətini duyur, xalqın mənəviyyatının təkmilləşməsində rolunu qiymətləndirirdi. Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu yolunu davam etdirir və biz dindarların da hüsn-rəğbətini qazanmağa nail olub. Azərbaycanda yaşayan müsəlmanlar, xristianlar və yəhudilər dövlətin qayğısını hər zaman hiss edir. Prezident İlham Əliyev dini tolerantlığı ən böyük nemət kimi qiymətləndirir. Azərbaycanda dini dəyərlərin müdafiəsi xüsusi yer tutur. Biz dindarlar prezident İlham Əliyevə 10 illik fəaliyyətinə, dindarlara qayğısına görə təşəkkür edirik. Xalqımızı prezident seçkilərində prezident İlham Əliyevə səs verməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR