Xızı rayonunda icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib

Xızı rayonunda icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib
# 22 aprel 2014 09:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda icra nümayəndəliyinin inzibati binasından oğurluq edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xızı rayonu ərazisində baş verib.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-nə keçən gecə rayonun Sitalçay İcra Nümayəndəliyinin inzibati binasından pəncərədən girmək yolu ilə televizor oğurlamış Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Gülağa İmanbaxışov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR