Dow Jones indeksi 2,1%, S&P 500 indeksi 2,3%, Nasdaq indeksi 2,6% enib

Dow Jones indeksi 2,1%, S&P 500 indeksi 2,3%, Nasdaq indeksi 2,6% enib
# 04 fevral 2014 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 15 373 bəndədək, S&P 500 2,3% - 1 742 bəndədək, Nasdaq 2,6% - 3 997 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə mənfi makroiqtisadi göstəricilər təsir edib. Belə ki, yanvarda ölkənin emal sənayesində işgüzarlıq fəallığı indeksi azalıb, tikinti xərclərinin dekabrdakı artım tempi isə noyabr göstəricisindən və proqnozlardan aşağı olub.

Avropa fond bazarlarında fevralın 3-də FTSE 100 indeksi 0,7% - 6 466 bəndədək, Almaniya DAX-ı 2,0% - 9 187 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 4 108 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 257,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3507 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR