“Bakıelektrikşəbəkə” nizamnamə kapitalını artırır

“Bakıelektrikşəbəkə” nizamnamə kapitalını artırır
# 15 aprel 2014 11:17 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) “Bakıelektrikşəbəkə” ASC adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 368,2 mln. manat, bir səhmin nominal dəyəri 2 manat təşkil edib.

Yerləşdirmədə anderrayter kimi «Çelsi Kapital» MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 2,44 dəfə artaraq 632 mln. 533 min 532 manata çatacaq.

Hal hazırda “Bakıelektrikşəbəkə”nin nizamnamə kapitalı 255 mln. 333 min 532 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR