204 mindən artıq şagird barədə məlumatlar TQDK-ya təqdim edilib

204 mindən artıq şagird barədə məlumatlar TQDK-ya təqdim edilib
# 03 mart 2014 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumtəhsil müəssisələri tərəfindən sistemə 204 357 şagird barədə məlumatlar təqdim edilib. Onlardan 145 370 şagirdin (71,14%) məlumatları sistemə daxil olunub, 75705 şagirdin (37,05%) məlumatları təsdiq olunub.

TQDK təhsil müəssisələrinin nəzərinə çatdırır ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir. Bunu nəzərə alaraq şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR