Suriyada 14 nəfər aviahücumun qurbanı olub

Suriyada 14 nəfər aviahücumun qurbanı olub
# 02 oktyabr 2013 03:20 (UTC +04:00)

Bakı-APA. Suriya ordusunun ölkənin şimalında yerləşən Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 14 dinc sakin ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq Human Rights Watch təşkilatı məlumat yayıb. Məlumata görə, zərbə nəticəsində ən çox ziyan yerli məktəbə dəyib.

Təşkilatın hesabatında bildirilir ki, üsyançıların silahlı qüvvələri qeyd olunan ərazidə çox az sayda təmsil olunub. Bu səbəbdən də təşkilat ehtimal edir ki, hücumun əsas hədəfi məhz məktəb olub.

Hesabatda həmçinin qeyd olunur ki, hadisə yerində çəkilmiş videoyazılara əsasən, yaralananların yanıq xəsarətləri daha geniş dağıdıcı qüvvəyə malik olan vakuum bombalarından istifadə olunduğunu ehtimal etməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR