Konstitusiya Məhkəməsinin plenumu keçirilib

Konstitusiya Məhkəməsinin plenumu keçirilib
# 22 may 2014 16:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Konstitusiya Məhkəməsinin plenumunun iclası keçirilib.


Məhkəmədən APA-ya verilən məlumata görə, plenumda ərizəçi Cəfərov Həşim Cəfər oğlunun nümayəndəsi Əlirza Həbilov tərəfindən verilən şikayətə baxılıb. Plenumda şikayət üzrə konkret qərar qəbul edilib. Lakin qərar mürəkkəb olduğu üçün məhkəmə qərarı açıqlamayıb. Bildirilib ki, bir müddət sonra qərar elan olunacaq.

Vəkil Ə. Həbilov isə APA-ya açıqlamasında bildirib ki, hüquqlarını müdafiə etdiyi H. Cəfərov 7 il bundan əvvəl daşınmaz əmlak alıb: “Əmlakı satan bir müddət sonra öz nümayəndəsinə verdiyi etibarnamənin saxta olması barədə Rusiya Federasiyasının məhkəmə qərarını gətirib. Biz bununla bağlı Respublika Prokurorluğuna müraciət etdik. Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi açıldı. Nəticədə müəyyənləşdi ki, həmin saxta etibarnaməni tərtib edən elə satıcının özüdür. Lakin mülkiyyəti satan şəxs vəfat etdiyi üçün işə xitam verildi. Ancaq işdə yeni faktlar var və biz Ali Məhkəməyə müraciət etdik ki, iş yenidən araşdırılsın. Məhkəmə bizim şikayətimizi təmin etmədiyi üçün Konstitusiya Məhkəməsinə müraciət etdik. Bu gün bizim müraciətimizə məhkəmədə baxıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR