Ötən 1 il ərzində “ASAN Xidmət” mərkəzlərində 959 min vətəndaşın müraciətinə baxılıb

Ötən 1 il ərzində “ASAN Xidmət” mərkəzlərində 959 min vətəndaşın müraciətinə baxılıb
# 15 yanvar 2014 08:39 (UTC +04:00)

Bu müddət ərzində 90%-ə yaxın vətəndaşın müraciəti təmin edilib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bu gün 1 saylı “ASAN Xidmət” mərkəzinin yaranmasının 1 illiyi və ötən ilin hesabatı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. İ. Kərimov bildirib ki, 1 saylı “ASAN Xidmət” mərkəzi daha əvvəl yarandığı üçün müraciətlərin böyük əksəriyyəti onlara daxil olub. İ. Kərimovun sözlərinə görə, 1 saylı “ASAN Xidmət” mərkəzi ötən il ərzində 340 min, Sumqayıt “ASAN Xidmət” mərkəzinə 204 min, 2 saylı “ASAN Xidmət” mərkəzinə 250 min, 3 saylı “ASAN Xidmət” mərkəzi 92 min, Gəncə “ASAN Xidmət” mərkəzində 14 min müraciətə baxılıb: ““ASAN Xidmət” mərkəzlərinin fəaliyyətində təməl prinsiplər mövcuddur ki, burada da xidmətin operativliyi, rahatlılıq, şəffaflığın təmin edilməsi, etik davranış qaydalarına əməl edilməsi daxildir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti dövlət agentliyi tərəfindən tənzimlənir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin əsas vəzifələrindən biri də “ASAN Xidmət” mərkəzlərinin təşkili, o cümlədən xidmətlərin elektron formalarının təşkilidir”.

İ.Kərimov qeyd edib ki, ilkin olaraq ötən il yanvarın 15-də 1 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, 2013-cü il ərzində digər 4 “ASAN Xidmət” mərkəzləri də istifadəyə verilib: “Belə ki, 15 may tarixində Sumqayıt “ASAN Xidmət” mərkəzi, 3 iyun tarixdə 2 saylı “ASAN Xidmət” mərkəzi, sentyabr ayında Yasamal 3 saylı “ASAN Xidmət” mərkəzi, 24 dekabrda isə Gəncə “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu günə kimi artıq 5 “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahəsi üzrə xidmət göstərilir. “ASAN Xidmət” mərkəzlərində xidmətlərin və agentliyin əsas vəzifəsi orqanlar tərəfindən göstərilən xidmətləri təşkil etmək, onun çatdırılması asanlaşdırmaq, operativlik, şəffaflığı təmin etməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR