İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib

İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib
# 03 sentyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran parlamentinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, sentyabrın 2-də Tehran şəhərində məktəbəqədər təhsil (bağça) və digər təlim-tərbiyə müəssisəsinin işçiləri məşğulluq vəziyyətləri ilə bağlı yaranmış problemə etirazlarını bildiriblər. Piket iştirakçıları dörd il əvvəl işdən azad edilmələri və təlim-tərbiyə müəssisələri ilə əməkdaşlıqlarına son qoyulmasından narazıdırlar. Bu addım İranın keçmiş məktəbəqədər təhsil və təlim-tərbiyə naziri Həmid Hacıbabayinin dövründə atılıb. Aksiya iştirakçıları əvvəlki iş yerlərinə qaytarılmalarını, İran Əmək, Kooperativlər və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlarla əmək müqaviləsi bağlamasını və sığorta ilə təmin edilmələrini istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR