Xaçmazda iki maşın toqquşub, xəsarət alan var - FOTOSESSİYA - VİDEO

Xaçmazda iki maşın toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2013 20:00 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Quba yolunun 8-ci km-də, rayonun Ağyaz kəndi ərazisində qeydə alınıb. Qubadan Xaçmaz istiqamətində hərəkətdə olan 90 RO 843 dövlət nömrə nişanlı avtomaşın əks istiqamətdə hərəkətdə olan 10 VJ 096 dövlət nömrə nişanlı “VAZ 21012” markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində “VAZ 21012” markalı nəqliyyat vasitəsinin sürücüsü 1979-cu il təvəllüdlü İsmixanov Elnur müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR