Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13 mlrd. dollara çatıb
# 05 sentyabr 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin sentyabrın 1-nə 12 958,9 mln. dollar təşkil edib ki, bu da ötən ilin sentyabrın 1-nə nisbətən 1 706,6 mln. dollar və ya 15,1% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda avqust ayında AMB-nin rəsmi valyuta ehtiyatları 78,6 mln. dollar və ya 0,6% artıb:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR