Banqladeşin paytaxtında partlayışlar olub, ölən və yaralananlar var

Banqladeşin paytaxtında partlayışlar olub, ölən və yaralananlar var
# 24 oktyabr 2015 04:35 (UTC +04:00)

Bakı-APA. Banqladeşin paytaxtı Dəkkə şəhərində törədilən bir neçə partlayış nəticəsində azı 1 nəfər ölüb, onlarla insan yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, əldəqayırma bombalar Aşura gününə həsr olunan yürüş zamanı partladılıb.

Polis hadisə yerini əhatəyə alıb. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR