“Atatürk”ə türk hücumu və Britaniyanın qürubu

“Atatürk”ə türk hücumu və Britaniyanın qürubu
# 30 iyun 2016 17:18 (UTC +04:00)

APA TV-nin “Manşet” proqramında gündəmin önə çıxan mövzuları müzakirə olunur. İlham Tumasın aparıcısı olduğu proqramın qonaqları APA TV-nin baş direktoru Vüqar Hüseynov, "APA Holding"in I vitse-prezidenti Şahin Cəfərli, “APA-Economics”in redaktoru Musa Əhmədovdur.

Qonaqlar Atatürk hava limanında törədilmiş terror aktının yeni üzə çıxan detalları, İŞİD terror təşkilatının regional və qlobal miqyasda törətdiyi təhlükə, Türkiyə-Rusiya münasibətlərinin bərpasında iqtisadi faktor, “Brexit”dən sonra Avropa Birliyi liderlərinin ilk görüşünün nəticələri, Şotlandiyanın Britaniya Krallığında ayrılmaq cəhdləri, “Dumanlı Albion”da Avropa Birliyinin tərkibində qalmaqla bağlı yeni referendum təşəbbüsü, neftin qiymətinin yenidən bahalaşması barədə fikir mübadiləsi aparıb, futbol üzrə Avropa çempionatının dörddə bir final mərhələsinin bu gün başlayacaq ilk oyununa dair proqnozlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR