QHT-lərə Dövlət Dəstəyi Şurası ötən ilin yekunlarına dair hesabat konfransı keçirib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası ötən ilin yekunlarına dair hesabat konfransı keçirib - <span style="color: red;">FOTO
# 25 yanvar 2013 12:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2012-ci ildəki fəaliyyət ilə bağlı hesabat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda Şuranın il ərzində QHT sektorunun inkişafı istiqamətində gördüyü işlər, maliyyələşdirilmiş layihələr, əldə edilən nəticələr və hesabatlarla bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ötən ili QHT sektorunun hərtərəfli inkişafı və layihə qəbulu baxımından yüksək dəyərləndirib. Şura sədrinin sözlərinə görə, il ərzində Şuraya 735 layihə təklifi daxil olub və bunlardan 348 layihəyə 2 milyon 31 min manat vəsait ayrılıb. Eyni zamanda 2012-ci ildə 600-ə yaxın QHT rəhbəri və mühasibinə mühasibat uçotu ilə bağlı təlimlər keçirildiyini deyən A.Quliyev Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq QHT-lərin Maliyyə Nazirliyinə hesabat təqdim etməsinə yardım məqsədilə QHT-lər üçün məsləhət xidməti təşkil edildiyini vurğulayıb: “Bu ilin mart ayından etibarən QHT-lərin hesabatları elektron formada qəbul olunacaq”.

Bununla yanaşı, müəyyən problemlərin də olduğunu deyən A.Quliyev bunların həlli üçün QHT-lərə xəbərdarlıq edib: “Elə QHT-lər var ki, hesabat verə bilmirlər. Layihələri vaxtında təqdim etmirlər. Ərizələrdə QHT haqqında tələb olunan məlumatlar tam doldurulmur və göndərilən CV-lər boş təqdim olunur. Bu kimi başqa problemlər də var və bunları aradan qaldırmaq lazımdır”.

A. Quliyev həmçinin Şuranın QHT-lərin illik maliyyə hesabatlarının sadələşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı Maliyyə Nazirliyinə təkliflərlə çıxış etdiyini bildirib.

Şuranın icraçı direktoru Fərasət Qurbanov da şuranın ötənilki fəaliyyəti ilə bağlı məlumat verərək deyib ki, 2012-ci ildə şura QHT-lərlə bağlı məlumatlandırma sessiyası həyata keçirib və 300-ə yaxın QHT-yə bilgilər verilib: “Şura gələn ildən geniş elektron xidmət təşkil edəcək. Elektron xidmətlərin tətbiqi ilə bağlı işlərə artıq başlanıb”.

Konfransda həmçinin Şuranın 2012-ci ildə maliyyələşdirdiyi layihələr haqqında kitabın təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR