Fizuli Ələkbərov Şabranda vətəndaşları qəbul edib

Fizuli Ələkbərov Şabranda vətəndaşları qəbul edib
# 12 aprel 2013 12:18 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Şabran rayonunda vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan 100-dən çox vətəndaşın müraciətinə baxılıb.

Müraciətlərin bir qismi yerindəcə həll olunub. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələrin də müəyyənləşdirilərək aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib. Sadalanan digər problemlərin həlli üçün tapşırıqlar müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Nazir müraciətlərin əksəriyyətinin ünvanlı sosial yardımın təyin olunması ilə bağlı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR